"Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxıb
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Ağdam təmsilçisi Rusiyanın "Mordoviya" klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.

Rusiya Premyer Liqasında mübarizə aparan "Mordoviya" klubunu hazırda "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin çalışdırır.

Qeyd edək ki, "Qarabağ" son yoxlama görüşünü yanvarın 31-də keçirəcək. Həmin gün son Azərbaycan çempionu Rumıniyanın "Tarqu-Mureş" klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, Qurban Qurbanovun komandası ilk sınaq matçında Xorvatiyanın "RNK Split" klubuna uduzub - 1:3. Ardından İsveçrə “Sürix”i ilə heç-heçə edən (1:1) komanda "Levski" (Bolqarıstan) klubuna 0:3 hesabı ilə məğlub olub. "Qarabağ" son görüşündə Polşa çempionu "Legiya"ya 2:0 hesabı ilə qalib gəlib.



29 yanvar

Yoxlama oyunu

13:00. "Qarabağ" (Azərbaycan) - "Mordoviya" (Rusiya) - 0:0

"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Admir Teli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Hacı Əhmədov, Namiq Yusifov, Danilo Dias, İlqar Qurbanov, Tural İsgəndərov, Cavid Tağıyev, Namiq Ələsgərov

"Mordoviya"nın start heyəti: Anton Koçenkov, Aslan Dudiyev, İqor Şitov, İbrahim Niasse, Viktor Vasin, Marko Lomiç, Damyen Le Tallek, Vladimir Bojoviç, Yannik Jalo, Oleq Vlasov, Sergey Samodin

Xəbər 855 dəfə oxundu.