“Qarabağ” bu gün Antalyada son oyununu keçirəcək
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”, bu gün hazırlıq prosesi çərçivəsində son yoxlama matçını keçirəcək. Ağdam təmsilçisi Rusiya Premyer Liqasında mübarizə aparan, “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı “Mordoviya” ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Xəbər 859 dəfə oxundu.