Qurban Qurbanov Syominə qarşı
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoхlama oyununu keçirəcək. Komanda.az хəbər verir ki, Ağdam təmsilçisi Rusiya "Mordoviya" klubuyla qarşılaşacaq. Qarşılaşma 13:00-da start götürəcək. "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin çalışdırdığı “Mordoviya” Rusiya Premyer Liqasında 10-cu pillədə qərarlaşıb. "Köhlən atlar" Antalyada 4 yoxlama oyunu keçirib. "Split"ə (Xorvatiya) 1:3, "Levski"yə (Bolqarıstan) 0:3 hesabıyla yenilən ağdamlılar "Sürix"lə (İsveçrə) "sülh" bağlayıb (1:1), "Legiya"ya (Polşa) qalib gəlib - 2:0. "Qarabağ" son yoхlama oyununu yanvarın 31-də "Tarqu Mureş"ə (Ruminiya) qarşı keçirəcək. Yoхlama oyunu 29 yanvar 13:00 Qarabağ - Mordoviya

Xəbər 842 dəfə oxundu.