"Xəzər-Lənkəran" sabahdan məşqlərə başlayır
Antalyadan döndükdən sonra komandaya istirahət verən "Xəzər Lənkəran" sabah bir araya gələcək. Çempinatımızın XIX turunun hazırlıqlarını davam etdirmək üçün Bakıda toplaşacaq komanda Elbrus Məmmədovun başçılıq altında 14:00-dan etibarən "Bayıl Arena"da ilk məşqinə çıxacaq.

Qeyd edək ki, XIX tur çərçivəsində "Xəzər Lənkəran" "Simurq" səfərinə yollanacaq.

Xəbər 876 dəfə oxundu.