"Vaqif Cavadovun oyun təcrübəsində əskiklik yoxdur"
"Futbolçularımızın son durumunu görmək üçün U-21 komandası ilə yoxlama oyunu keçirdik. Oyun mühiti tamamilə fərqlidir".

Bu sözləri Türkiyə mətbuatına açıqlamasında Vaqif Cavadovun yeni klubu "Boluspor"un baş məşqçisi Reha Erginer dünən keçirdikləri yoxlama oyunu barədə danışarkən deyib.

Millimizin üvzü haqda da danışan türkiyəli mütəxəssis V.Cavadovun oyun təcrübəsində əskikliyin olmadığını bildirib: "Cavadovun oyun təcrübəsində əskikliyi yoxdur. O, kluba "Qaziantep BB" ilə müqaviləsini ləğv etdikdən sonra gəlib".


Qeyd edək ki, "Boluspor"un U-21 komandasına 5:2 hesabı ilə qalib gəldiyi yoxlama oyununda debüt edən Vaqif Cavadov dublla yadda qalıb.

Xatırladaq ki, qış transfer pəncərəsi dönəmində qarşılıqlı razılaşma yolu ilə "Qaziantep BB" klubundan ayrılan Vaqif Cavadov “Boluspor”la müqavilə imzalayıb. "Boluspor" bazar günü Türkiyə birinci liqasının 18-ci turunda məhz "Qaziantep BB" klubu ilə qarşılaşacaq.

Xəbər 758 dəfə oxundu.