Samboçularımız Qazaxıstanda iki medal qazandı
Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə dünya kubokunun mərhələ yarışı yekunlaşıb. Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparan milli komandamız iki medal qazanıb.
Turnirdə Fəridə Qurbanova (64 kq) gümüş, Nəzakət Xəlilova (52 kq) isə bürünc medala sahib olub.

Görüşlərin idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edib.

Xəbər 754 dəfə oxundu.