Rail Məlikov: Komandada yaxşı ovqat var
Antalyada hazırlıqlarını davam etdirən "Neftçi" klubunun kapitanı Rail Məlikov məşq sonrası fikirlərini bölüşüb.
İdman.com.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan müdafiəçi komandada əla abu-havanın hökm sürdüyünü bildirib:

"Hazırda əsasən fiziki göstəricilərimizi yaxşılaşdırmaq istiqamətində çalışırıq. Düşərgəmizdə əla abu-hava hökm sürür. Hamı məşqlərə ciddi və eyni zamanda məsuliyyətlə yanaşır. Biz də çalışırıq ki, verilən tapşırıqları hərtərəfli yerinə yetirək. İnşallah, əziyyətimizin bəhrəsi çempionluq olacaq".

Xəbər 1083 dəfə oxundu.