"Xəzər-Lənkəran" FİFA-ya şikayət etdi
Bildiyiniz kimi, "Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanov klubun ona borclu olduğunu bildirərək, FİFA-ya şikayət məktubu göndərmişdi. Məktubda o, klubdan 3 aylıq alacağını olduğunu və bu məbləği ala bilmədiyini göstərmişdi.

Lakin Lənkəran klubu futbolçunun ittihamları qəbul etmir.

Əksinə, "Xəzər Lənkəran" özü İvanovdan şikayətlidir. Cəbunlular iddia edir ki, bolqarıstanlı futbolçu icazəsiz olaraq klubun düşərgəsini tərk etdiyi üçün cəzalandırılmalıdır. Artıq bütün lazımı sənədlər, faktlar toplanılıb və FİFA-ya göndərilib.

Xəbər 851 dəfə oxundu.