"Neftçi" AZAL-la oyuna 2 itki ilə çıxacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda AZAL-a qarşı matça ciddi itkilərlə çıxacaq. Bu barədə paytaxt klubunun baş məşqçisi Arif Əsədov deyib. O bildirib ki, komandanın kapitanı Flavinyo və aparıcı futbolçusu Karlos Kardoso sarı vərəqə limitini doldurduqları üçün sözügedən qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, AZAL - "Neftçi" oyunu yanvarın 31-i, saat 16:00-da başlayacaq.

Xəbər 824 dəfə oxundu.