David Trezege "Yuventus"a qayıdır
Fransa millisinin sabiq hücumçusu David Trezege karyerasını başa vurduğunu təsdiq edib. Yaxın günlərdə forvard “Yuventus” rəhbərliyi ilə görüşəcək. Onun Turin klubuna qayıtmaq ehtimalı yaranıb. Trezegeni dinləyək: “Hindistana getməzdən əvvəl növbəti addım haqda düşünmüşdüm. Mənim ideyam “Yuventus”un brendini dünyada daha da inkişaf etdirməkdən ibarətdir”.

37 yaşlı Trezegenin sonuncu klubu Hindistan “Puna Siti”si olub. Milli komandada 71 oyunda meydana çıxan hücumçu 34 qol vurmağı bacarıb. Bundan başqa, o, İtaliya və Fransa çempionu olub. Turin klubunda 245 matçda 149 dəfə fərqlənib.

Xəbər 935 dəfə oxundu.