Güləş hakimlərinin yeni statusları açıqlanıb / SİYAHI | |
Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb. Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub. Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Belə ki, yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var. DGB-də davam edən islahatların nəticəsində olimpiya kateqoriyası «S»-lə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə, ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib. DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə, Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəlib. Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə, III dərəcə hakimlik adı alıb. Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib. |
|
Xəbər 2297 dəfə oxundu. |
|
|