"Neftçi" Mirça Rednikin komandasına qalib gəldi
Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb.

Arif Əsədovun komandası ötən mövsüm Rumıniya çempionatında bürünc medal qazanmış "Petrolul"la qarşılaşıb.

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin çalışdırdığı "Petrolul"la oyun Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Matç "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki yoxlama matçlarında "Hajer"i (Səudiyyə Ərəbistanı) 3:1, "Volın"ı (Ukrayna) 4:3 hesabı ilə məğlub edib, "Kayseri Ərciyəsspor"la (Türkiyə) bərabərə qalıb (0:0), "Elazığspor"a (Türkiyə) isə uduzub (0:1).





23 yanvar

Yoxlama oyunu

19:00. "Neftçi" (Azərbaycan) - "Petrolul" (Rumıniya) - 1:0
Qol: Denis Silva, 36 (1:0)

"Neftçi"nin start heyəti: Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Denis Silva, Erik Ramos, Mirhüseyn Seyidov, Araz Abdullayev, Julius Vobay, Elşən Abdullayev, Rauf Əliyev

Xəbər 944 dəfə oxundu.