"Neftçi"nin Antalyada sonuncu oyunu
Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxacaq.

Arif Əsədovun komandası ötən mövsüm Rumıniya çempionatında bürünc medal qazanmış "Petrolul"la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki yoxlama matçlarında "Hajer"i (Səudiyyə Ərəbistanı) 3:1, "Volın"ı (Ukrayna) 4:3 hesabı ilə məğlub edib, "Kayseri Ərciyəsspor"la (Türkiyə) bərabərə qalıb (0:0), "Elazığspor"a (Türkiyə) isə uduzub (0:1).

23 yanvar

Yoxlama oyunu

18:00. "Neftçi" - "Petrolul"

Xəbər 887 dəfə oxundu.