Ağcabədidə şahmat üzrə rayon turniri keçirilib
18-22 yanvar tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Ağcabədi şahmat məktəbində 42 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi şahmat idman növünün inkişaf etdirilməsi olub.

Yekun nəticələrə görə oğlanlar arasında birinci yerə Anar Muxtarzadə, ikinciyə Nihat Muradlı, üçüncüyə Fərid Hüseynov; qızlar arasında Əsmər Həsənovə birinciyə, Nigar Babayeva ikinciyə, Bülbikə Əliyeva üçüncüyə layiq görülüb.

Xəbər 1045 dəfə oxundu.