Samuxda güləş üzrə rayon birinciliyi keçirilib
Yanvarın 16-da Samuxda 20 yanvar şəhidlərinin 25 illiyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Qarayeri qəsəbə 1 saylı tam orta məktəbin zalında təşkil edilən yarışda ümumilikdə 60 idmançı birincilik uğrunda mübarizə aparıb.

Qaliblər idarə tərəfindən diplom və medallarla təltif olunublar. Tədbir region KİV vasitəsi ilə işıqlandırılıb.

Xəbər 966 dəfə oxundu.