Salyanda rayon birinciliyi keçirilib
15-18 yanvar tarixlərində Salyan şəhər 9 saylı məktəbin idman zalında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş voleybol üzrə 1999-2000-ci il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaq, rayonun perspektivli idmançılarını aşkar etməkdən ibarət olub.

8 komandanın iştirakı ilə keçirilən birincilikdə Azərbaycan voleybol federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilib. 3 gün davam edən yarışların sonunda Pratman - Gəncəli kənd komandası isə birinci yerə, 8 saylı ikinciyə, 3 saylı üçüncüyə layiq görülüb.

Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medalla təltif olunublar.

Xəbər 1029 dəfə oxundu.