AZAL "Bakı"ya qalib gəlib | |
Təlim-məşq toplanışını ölkəmizdə davam etdirən "Bakı" bu gün növbəti yoxlama matçına çıxıb. Paytaxt təmsilçisi bu dəfə AZAL-la qarşılaşıb. "AZAL Arena"da keçirilən oyun Tərlan Əhmədovun komandasının qələbəsi ilə başa çatıb. Matçın 15-ci dəqiqəsində fərqlənən AZAL görüşdən qalib ayrılıb - 1:0. Qeyd edək ki, "Bakı" bundan əvvəlki yoxlama matçlarında "İnter"in əvəzedici heyətinə (0:2) və "Sumqayıt"a (1:5) uduzub. 22 yanvar Yoxlama oyunu 15:00. AZAL - "Bakı" - 1:0 Qol: Əsədov, 15 (1:0) |
|
Xəbər 747 dəfə oxundu. |
|
|