Binəqədidə basketbol üzrə rayon birinciliyinin final oyunu keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2014-cü il tarixli 183 № li Sərəncamına əsasən 2014-2015-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadası çərçivəsində yanvarın 6-da 248 saylı tam orta məktəbdə start verilmiş basketbol (qızlar) üzrə rayon birinciliyinin 21 yanvar tarixdə final oyunu keçirilib.

Final qarşılaşmasında 244 saylı və 299 saylı məktəb-liseyin komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin keçən oyunun nəticəsində 299 saylı birinci yerə, 244 sayl ikinciyə, 83 saylı məktəb-liseyin komandası üçüncüyə layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qalib komandaları təbrik etdi. Bildirdi ki, həyata keçirilən idman tədbirləri gənc nəslin sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edir. Sevindirici haldır ki, bu cür tədbirlərin keçirilməsi rayon sakinləri tərəfindən məmnunluqla qarşılanır.

Sonda qaliblər müvafiq dərəcəli kubok və diplomla təltif olunmuşlar.

Xəbər 1582 dəfə oxundu.