Ronaldo karyerasını Braziliyada başa vurmaq istəyir
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb.

Portuqaliyalı futbolçu karyerasını Braziliyada başa vurmaq istədiyini bildirib:

"Braziliya ilə çox yaxşı əlaqəm var. Bir sıra braziliyalı dostlarım var. Onlara hörmətlə yanaşıram. "Korintias" və "Flamenqo" dünyanın ən tanınmış klublarındandır. Onların formasını geyinmək istəyirəm".

Xəbər 836 dəfə oxundu.