Stolüstü tennisçilərimiz İranda uğur qazanıblar
17 – 20 yanvar tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar keçirilib. Tədbirdə İran İslam Respublikasının 2 komandası ilə yanaşı Rusiya, Qazaxıstan, Türkmənistan , Belorusiya, Serbiya , İndoneziya komandaları mübarizə aparıb. Turnirdə ölkəmiz məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə 8 oyunçu (4 kişi və 4 qadın) ilə təmsil olunub. Gərgin mübarizə şəraitində qızlar arasında qoşa yarışlarda yığma komandanın üzvləri Rüfət Quliyeva və Məryəm İmanova cütlüyü üçüncü yerə sahib olub.

Xəbər 866 dəfə oxundu.