"Neftçi" oyuna qara sarğı ilə çıxacaq
“Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçular oyuna qara sarğı ilə çıxacaq.

Xəbər 1051 dəfə oxundu.