"Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib” – Yaşar Vahabzadə
"Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil".

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri
Azərbaycan U-21 millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.

O, “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrində olduqlarını bildirib:

"Maraq dairəmizdə olan və adını çəkmək istəmədiyim digər futbolçular isə hələ ki öz üzərlərində bir qədər də çalışmalıdırlar”.

Xəbər 921 dəfə oxundu.