Millimizin baş məşqçisi: “Uğurun davamını gətirmək istəyirik”
“Qarşıda bizi məsul oyunlar gozləyir. Komandamız üzərinə düşən məsuliyyəti dərk edir. Qarışımıza qoyulan məqsəd ilin seçmə mərhələdə əldə etdiyimiz uğurun davamının gətirilməsidir. Futbolçularımız da, məşqçi heyəti də bunu istəyir. Matçlara səylə hazırlaşırıq".

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-17 millimizin baş məşqçisi Mirbağır İsayev Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

"Uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək, xarici klubların diqqət mərkəzinə düşəcəklər. Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar" - deyə o bildirib.

M.İsayev məşqlərlə yanaşı, oyunçuların təhsilini də diqqət mərkəzində saxladıqlarını söyləyib:

"Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyq və bunun üçün çalışırıq”.

Xəbər 854 dəfə oxundu.