"İnter"in Antalyada ikinci qələbəsi
"İnter" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Kaxaber Sxadadzein komandası toplanış çərçivəsində 3-cü yoxlama matçına çıxıb.

Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşmada "İnter" qalib gəlib - 3:1.Nizami Hacıyev, Diyeqo Madriqal və Mikel Alvaro fərqləndilər.

Xatırladaq ki, “İnter” ilk yoxlama matçında Türkiyənin təmsilçisi “İnegölspor”la üz-üzə gəlib və 4:1 hesablı qələbə qazaıb. İkinci görüşdə isə Almaniyanın “Energi” klubu ilə heç-heçə edib – 1:1.

Xəbər 876 dəfə oxundu.