Sara Anzanello: “Bakıda hər şey əladır”
“Özümə xoşbəxt ölkə tapmışam”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu ifadəni “Azərreyl”in italiyalı voleybolçusu Sara Anzanello işlədib.
Komandamızın sentyabrdan transfer etdiyi 31 yaşlı təcrübəli oyunçu 3 aylıq fasilədən sonra vətəninə dönüb. Belə ki, Sara Berqamoda Çempionlar Liqasının V turu çərçivəsində “Azərreyl”in heyətində yerli “Foppapedretti” ilə görüşə çıxacaq.

Bu səbəbdən italiyalı həmkarlarımız Saranı diqqətdə saxlayırlar: “Mənim üçün İtaliyaya qayıtmaq həmişə xoşdur. Burada həmyerlilərimlə görüşürəm, dil problemim olmur. Mən dünya çempionatından sonra vətəni tərk etmişdim. Ona görə də avqustdan bu yana valideynlərimi görmürdüm”.
Anzanello “Azərreyl”də oynadığı müddətdə qazandığı keyfiyyətli məqamlardan söz açıb: “Mən digər dünya haqda öyrəndim. İngilis dili biliyimi yaxşılaşdırdım. Bu, mənim üçün çox vacibdir. Çünki komandadakı yoldaşlarımla məhz bu dildə ünsiyyət qururam. Orada Tailand, ABŞ, Braziliyadan voleybolçular var. Hətta mən rus sözlərini də öyrənməli oldum. Milad bayramında pravoslav təriqətinin xüsusiyyətləri ilə tanış oldum. Bir sözlə, Bakıda hər şey əladır”.

Sara Azərbaycanda həyat tərzinə də toxunub: “Səhər trenajor zalına gedirik. Sonra rəfiqələrimlə birgə nahar edirik. Məşqçimiz bitəndən sonra axşam evə qayıdıb, istirahət edirəm. Ancaq çətin gündən sonra belə məndə hər şey qaydasında olur. Lakin voleyboldan kənarda da mənə adaptasiya lazımdır. Mənim əvvəlcə alış-verişlə bağlı problemim var idi. Yəni aldığım malların üzərindəki etiketləri rusca anlamaq məcburiyyətində qalırdım. Ancaq indi bunu çox asanlıqla edirəm. Azərbaycanda qarşılaşdığım bütün insanlar mənə böyük köməklik edirlər. Marketdən İtaliyada aldığım pendiri soruşdum. Onu burada görüb, yenidən dadandan sonra keyfiyyətindən razı qaldım. Əlbəttə, un və “qovyadina” ehtiyatını isə İtaliyada görməliyəm”.

Bakının yolları haqda da danışan italiyalı legionerimiz tıxaclardan gileylənib: “Azərbaycan paytaxtında ağlasığmaz tıxaclar olur. Bakı əvvəlki kimi inkişaf edir, tikinti işləri tam sürətlə gedir və oriyentasiya asan deyil. Ancaq digər tərəfdən belə hərəkət problem deyil. Azərbaycan Super Liqasına gəlincə, oyunlar elə yalnız Bakıda keçirilir. 7 komanda qüvvəsini sınayar ki, onlardan 4-ü daha güclüdür. Orada oynamaq mənə üstünlük verir. Çünki yorğunluq, ağır səfərlər olmur. Bu üzdən təqvim oyunları arasında həddən artıq enerji sərf etmirsən. Gələn mövsümdə də “Azərreyl”də oynamaq ideyası reallaşa bilər. Onlarla 1 illik müqaviləm var. Ancaq gələcəyim haqda heç fikirləşməmişəm də. Bir şeyi dəqiq deyə bilərəm ki, Azərbaycanda işlərim qaydasındadır”.
Qeyd edək ki, Anzanello İtaliya milli komandasının da aparıcı voleybolçusu hesab olunur.

Xəbər 1169 dəfə oxundu.