"Qəbələ"nin Antalyada növbəti məşqi
2014/2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 9-cu gününü güclü yağış yağmasına baxmayaraq, 2 məşqlə yekunlaşdırıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Bərpa prosesi keçən Pavol Farkaş və Dodo komandadan ayrı çalışıb.


Xəbər 806 dəfə oxundu.