Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək / YENİLƏNİR
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək.

Püşkatma mərasimi yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq. Güləş həvəskarları püşkatma mərasimini canlı izləyə biləcək.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq. Ötən ilin Dünya çempionatında hər üç növ üzrə güləş yığmalarımız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.

Xəbər 830 dəfə oxundu.