“Sumqayıt” futbol klubu “Bakı”, əvəzedicilər isə “Neftçala” ilə qarşılaşacaq
“Sumqayıt” futbol klubu Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir. Komanda Aqil Məmmədovun rəhbərliyi altında yanvarın 12-də “KapitalBank Arena”da növbəti məşqinə çıxıb. “Sumqayıt” yanvarın 13-dən təlim-məşq toplanışına başlayacaq. Komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də “Bakı”ya qarşı keçirəcək. Həmin qarşılaşma Sumqayıtda “KapitalBank Arena”da baş tutacaq. “Sumqayıt”ın əvəzediciləri isə yanvarın 14-də birinci liqa təmsilçisi “Neftçala” ilə doğma arenada üz-üzə gələcək.

AzərTAc

Xəbər 963 dəfə oxundu.