Fateh Terim “Qəbələ” rəsmiləri ilə birgə
“Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaşın oğlu Kərəm Yavaşın toyu, Türkiyənin tanınmış futbol adamlarını klubun rəsmiləri ilə biraraya gətirib. İdman.com.az saytının məlumatına görə, şənlikdə “Galatasaray”ın baş məşqçisi Fateh Terimlə görüşən nümayəndələrimiz, təcrübəli mütəxəssislə bir müddət fikir mabadiləsi aparıblar.

Rəsmilərimizdən son dövrlər “Galatasaray”ın Türkiyə Superliqasında və kubokunda göstərdiyi uğurlu nəticələrə görə təbrikləri qəbul edən Terim, uzun müddətdir Azərbaycana gəlmək istədiyini, lakin vaxt azlığı səbəbindən səfərin hələ ki, təxirə salındığını bildirib. O, Azərbaycanı və Azərbaycan futbolunu daim diqqət mərkəzində saxladığını söyləyib.

Mərasim iştirakçılardan Türkiyə milli komandasının baş məşqçisi Abdullah Ovcu rəsmilərimizlə söhbət əsnasında maraqlı açıqlama ilə yadda qalıb. Türkiyənin Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşmalarını yada salan Ovçu yarı zarafatla, “Yaxşı ki, Azərbaycanla eyni qrupa düşmədik, yoxsa bizə yenə çox çətin olacaqdı” deyib.

Xəbər 985 dəfə oxundu.