Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
Qılıncoynatma üzrə Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı keçirib. Hazırlıq prosesi çərçivəsində millimiz qılıncoynatmanın sabliya növü üzrə beynəlxalq turnirdə iştirak edib. On yeddi ölkədən idmançıların qatıldıqları turnirdə qadınların mübarizəsində Səbinə Mikina qızıl, Sevin Bünyatova isə gümüş medal qazanıblar.Kişilərin yarışında Azər Tağıyev ikinci olub.

Xəbər 1538 dəfə oxundu.