Millimizin iki futbolçusu İspaniya klubunda
Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniyada oynayacaq.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib. Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.

Xəbər 851 dəfə oxundu.