Yunan-Roma güləşçilərinin təlim-məşq toplanışından reportaj
Xəbər verdiyimiz kimi, güləş üzrə yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışındadır. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Qonşu Gürcüstan Respublikasının yunan-Roma güləşi yığmasından 5 aparıcı güləşçinin də qatıldığı təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.

Xəbər 905 dəfə oxundu.