Sneyder Yuvanetusla razılığa gəldi
Qalatasarayın futbolçusu Uesli Sneyder Yuventusla şəxsi müqavilənin razılığını əldə edib.

Hollandiya millisinin yarımmüdafiəçisi İstanbul klubunun rəhbərliyinə Turin komandasına keçmək arzusunda olduğunu da bildirib. Sneyderin Yuventusda müqaviləsi 4,5 milyon avro olacaq.

Verilən məlumata görə klublar da artıq razılığa gəlməyə yaxındırlar. Qalatasaray əvvəlcədən müəyyənləşdirdiyi qiyməti 10 milyon avroya qədər salmağa razıdır.

Xəbər 821 dəfə oxundu.