Millimiz Cənubi Koreyaya qarşı
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələnin oyunları davam edir.

1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün H qrupunda ikinci matçına çıxacaq.

Turnirin 1-6-cı yerləri uğrunda mübarizə aparan Nikolay Adamın komandası Cənubi Koreya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, komandamız dünən qrupun ilk matçında Sankt-Peterburq klubuna 2:4 hesabı ilə uduzub. Lakin yığmamızın qrup lideri olmaq şansı hələ də qalır. Bunun üçün millimiz bu gün Cənubi Koreya yığmasını mütləq məğlub etməlidir. Növbəti turda keçiriləcək Sankt-Peterburq - Cənubi Koreya matçında isə Asiya təmsilçisi qələbə qazanmalıdır.

8 yanvar

H qrupu

17:30 Azərbaycan - Cənubi Koreya

Xəbər 843 dəfə oxundu.