Cerard rəsmən Los Ancelesin futbolçusu oldu
Liverpulun kapitanı Stiven Cerard rəsmən Los Anceles Qelaksinin futbolçusu olub. Bu barədə Kaliforniya klubunun rəsmi saytı məlumat verib.

Qelaksi 34 yaşlı futbolçu müqavilə imzalayıb.

Qeyd edək ki, Qelaksi MLS kubokunun hazırki sahibidir.

Xatırladaq ki, futbolçu müqavilənin 1,5 illiyinə imzalanacağı söylənilirdi. Cerard bu mövsümü Liverpulda oynayacaq , yayda isə ABŞ-a yollanacaq.

Xəbər 765 dəfə oxundu.