"Qəbələ"nin Türkiyədə növbəti məşqi
2014/2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 3-cü gününü 2 məşqlə yekunlaşdırıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Kamran Ağayev xəstəlik, Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib.

Xəbər 810 dəfə oxundu.