“Rəvan” 4 futbolçu ilə anlaşdı
“Yanvarın 9-da futbolçular tibbi baxışdan keçdilər. Ayın 11-dən 15-ə kimi Mərdəkanda - dəniz kənarında hazırlıq keçəcəyik. Komandanın legioner futbolçuları isə yanvarın 15-də geri dönəcəklər. Bir gün sonra bütün komandayla hazırlıqlara başlayacağıq”. İdman.com.az xəbər verir ki, bu açıqlamanı “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov www.pfl.az saytına bildirib. Onun sözünə görə, yanvarın 21-də komanda ya Mingəçevir, ya da Salyana yola düşəcək.

“Yanvarın 27-də AZAL, fevralın 3-də isə “Simurq” ilə yoxlama oyunu keçirməyi planlaşdırırq. Bundan əlavə bir neçə yoxlama oyunu keçirmək üçün komanda axtarırıq”.
Vladislav Qədirov artıq “Şahdağ”dan Elmar Yəhyabəyov, “Sumqayıt Şəhər”dən Ramil Nuriyev, “Şuşa”dan Orxan Lalayev və “Bakılı”dan Asif Zeynalov ilə müqavilə bağladıqlarını qeyd etdi:

“Bizim bir hücumçuya ehtiyacımız var. Buna görə də Afrika və İsveçrədən baxışa futbolçular gələcək. Onların adlarını indi açıqlamaq istəmirəm. Bundan əlavə yerli futbolçulardan İzzətəli Süleymanov hazırda komandamızda yoxlanışdan keçir”.

Xəbər 972 dəfə oxundu.