Qəbələ"nin yeni transferləri 6 və 19-u seçdi
"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı futbolçuların - Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Sadiqov 6, A.Qay isə 19 nömrəli formanı geyinəcək.

Rəşad Sadiqov 6 nömrəni seçməsinin səbəbini açıqlayıb: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".

Aleksey Qay da 19 rəqəminin onun üçün uğurlu olduğunu bildirib: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür".

Xəbər 878 dəfə oxundu.