Azərbaycan güləşçisi reytinq cədvəlində liderliyini davam etdirir
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, sərbəst güləş üzrə Yeni ilin ilk reytinq siyahısını açıqlayıb. AzərTAc xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Daşkənddə öz çəki dərəcəsində bütün rəqiblərindən üstün olan Hacı Əliyev reytinqdə də liderliyini davam etdirir. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə reytinqdə ikincidir. Digər güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (9-cu yer, 57 kq), Məhəmməd Müslümov (15-ci yer, 65 kq), Ruslan Dibirhacıyev (9-cu yer, 70 kq), Cəbrayıl Həsənov (9-cu yer), Əşrəf Əliyev (11-ci yer, hər ikisi 74 kq), Həmzət Osmanov (7-ci yer, 86 kq), Şərif Şərifov (10-cu yer, 97 kq), Əli İsayev (11-ci yer) və Aslan Dzebişov (13-cü yer, hər ikisi 125 kq) da siyahıda yer alıblar.

Xəbər 703 dəfə oxundu.