"Rabitə" yoxlama görüşü keçirib
Qış fasiləsindən səmərəli istifadə edən “Rabitə” və “Telekom” yoxlama matçına çıxıblar. Son illərin dəyişməz Azərbaycan çempionu oyun praktikasını artırmaq üçün ikinci komandasını sınağa çəkib.

Qarşılaşmada “Rabitə”nin asan qələbə qazanacağı gözlənilsə də, tam əksi baş verib. Əsasını perspektivli gənclər təşkil edən Eldar Yusubovun komandası rəqibinə ciddi müqavimət göstərərək, ardıcıl 4 setdə onlardan güclü olub.

0:4 hesabından sonra razılaşmaya əsasən klublar daha 1 hissə oynayıblar. “Telekom”un ehtiyat oyunçulara güvəndiyi setdə Dejan Brdjoviçin yetirmələri üstün olublar.

Xəbər 953 dəfə oxundu.