"Xəzər Lənkəran" klubu yollarını ayırdığı futbolçularla bağlı açıqlama yayıb
"Xəzər Lənkəran" klubu yollarını ayırdığı futbolçularla bağlı açıqlama yayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel transferə çıxarılıb.

Deyan Blajevski və Qalin İvanov klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə olan müqavilələrə birtərəfli şəkildə xitam verilib. Yarımmüdafiəçi Elnur Abdullayev isə onunla müqavilənin müddəti başa çatdığı üçün sərbəst oyunçu statusunda klubdan ayrılıb.

Qeyd edək ki, Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib.

Xəbər 809 dəfə oxundu.