Azərbaycan idmanı 2014-cü ildə - əsas hadisələr və uğurlar
2014-cü ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 300-dən çox respublika yarışları (2013-cü ildə 298 yarış) təşkil edilmiş, 55 beynəlxalq yarış (2013-cü ildə 57 yarış) keçirilib. Xarici ölkələrdə keçirilmiş 320 beynəlxalq yarışlarda isə (2013-cü ildə 281yarış) ölkə yığma komandalarının iştirakı təmin olunub.

2014-cü il ərzində Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 275 qızıl, 255 gümüş və 275 bürünc, ümumilikdə isə 805 medal (2013-cü ildə 782 medal- 280 qızıl, 233 gümüş, 269 bürünc ) əldə ediliB. Bunlardan 278 medal (89 qızıl, 80 gümüş, 109 bürünc) olimpiya, 527 medal isə (186 qızıl, 175 gümüş, 166 bürünc) qeyri-olimpiya idman növlərindən olub.

İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 160 təlim-məşq toplanışlarında (2013-cü ildə 154 toplanış) iştirak edib. Bu təlim-məşq toplanışlarından 115-i Azərbaycanda, 45-i isə xarıcı ölkələrdə keçirilib. Təlim-məşq toplanışlarında ümumilikdə 6500 nəfərədək idmançı iştirak edib.

2014-сü il ərzində müxtəlif idman növləri üzrə 98 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 3 nəfər ali, 83 nəfər birinci və 12 nəfər ikinci ixtisas kateqoriyası alıb.
44 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 85 nəfər “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, 7 nəfər “Azərbaycan Respublikasının əməkdar idman ustası”, 32 nəfər “Respublika dərəcəli hakim” fəxri adları alıblar. 127 nəfər isə “İdman ustası” normasını yerinə yetirib.

Bakı şəhərində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakterli atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə Bədii gimnastika üzrə 30-cu Avropa çempionatı, taekvondo üzrə Avropa çempionatı və yeniyetmələr arasında Dünya birinciliyi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilib.

Yeniyetmələrin II Olimpiya Oyunları 14-28 iyul 2014-cü il tarixlərdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilib. 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan bu oyunlarda 9 idman növündə 21 idmançı ilə təmsil olunub.
Nəticədə 5 qızıl, 6 gümüş və 1 bürünc medalla Azərbaycan 204 iştirakçı ölkə arasında və medal qazana bilmış 86 ölkə arasında 10-cu yeri, qazanılmış medalların sayına görə isə (12 medal) 14-cü yeri tutub. Komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci yerdə olub.

08-14 sentyabr 2014-cü il tarixlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş sərbəst güləş üzrə dünya çempionatında Hacı Əliyev yüksək nəticə göstərərək dünya çempionu adını qazanıb.

01-04 may 2014-cü il tarixlərdə Bakı şəhərində keçirilmiş taekvondo üzrə Avropa çempionatında Radik İsayev qızıl medal qazanıb.

01-08 aprel 2014-cü il tarixlərində güləş üzrə Finlyandiyanın Vantaa şəhərində keçirilmiş kişilər arasında Avropa çempionatında Mariya Stadnik, Hacı Əliyev və Ruslan Dibirqadjiyev Avropa çempionu adını qazanıblar.

13-21 sentyabr 2014-cü il tarixlərdə şahmat üzrə İspaniyanın Bilbao şəhərində keçirilmiş klublararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət “SOCAR Azərbaycan” komandası 2-ci dəfə Avropa çempionu adını qazanıb.

01-08 iyun 2014-cü il tarixlərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş boks üzrə Avropa çempionatında Yelena Vistropova qızıl medal qazanıb.

“Qarabağ” futbol klubu UEFA liqasında qrup mərhələsində uğurla çıxış edərək, Azərbaycan klubları arasında ilk dəfə olaraq 6 xal toplayıb.

Xəbər 2421 dəfə oxundu.