Binəqədidə “Peyntbol” yarışı keçirilib
Dekabrın 26-da Milli Olimpiya Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Sport Service Company” və “AF Hotel” Peyntbol Mərkəzinin təşkilati dəstəyi ilə "AF Hotel Aqua Park" ailəvi istirahət mərkəzinin peyntbol klubunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri və estrada ulduzlarının iştirakı ilə “Peyntbol” yarışı keçirilib.

Yarışda hər komandada 4 nəfər olmaqla, 4 komanda iştirak edib. Rejissor Samir Kərimoğlunun kapitanlıq etdiyi “Xoxan” komandası finala yüksəldikdən sonra komanda iştirakçıları arasında birinci, ikinci və üçüncü yerləri təyin etmək üçün duel yarışları keçirilib. Duel yarışların nəticələrinə görə meyxana ustadı Elşən Xəzər birinci yerə, “Xoxan” filminin aktrisası Nərgiz Zamir ikinciyə, məddah Ceyhun Müəzzin üçüncüyə layiq görülüblər.

Daha sonra qaliblər yarışmanın təşkilatçıları tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 831 dəfə oxundu.