“Xəzər Lənkəran”ın keçmiş futbolçusu Çində
“Allaha şükürlər olsun ki, mənə arzularımı reallaşdırmaq üçün növbəti şans verildi. Çində yaxşı oynamaqla digər həmyerlilərim üçün yol açmağa çalışacağam”. Apasport.az saytının məlumatına görə, bu sözü “Xəzər Lənkəran”ın sabiq futbolçusu Allan Lalin deyib.

Vətənində şərəfini qoruduğu “Real Espana”dan ayrılan honduraslı hücumçu Çinin “Hunnan Billous” komandasına keçib. 31 yaşlı forvard keçidinə münasibət bildirib: “Təbii ki, komandamdan ayrılmaq mənə çox ağırdır. Mənə səhər tezdən zəng etdilər. Mən komandamın oyunu günü başqa kluba keçməli oldum. Klubumun rəhbərliyinə keçidimə problem yaratmadığı üçün təşəkkür edirəm”.

Xəbər 983 dəfə oxundu.