"Real" və "Barselona" məğlub oldu
İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

İkinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Qetafe” öz meydanında “Rayo Valekano”ya uduzub 1:2.

Madridin “Real” klubu səfərdə “Valensiya” ilə qarşılaşıb və rəqibinə uduzub 1:2.

“Eybar” səfərdə “Espanyol”dan üstün olub - 2:1.

“Barselona” dab bu tur xalsız qalıb. Kataloniya klubu səfərdə “Real Sosyedad”la bacarmayıb – 0:1.

Qeyd edək ki, La Liqada 17-ci tura bu axşam keçiriləcək "Kordoba" - "Qranada" oyunu ilə yekun vurulacaq.

4 yanvar

İspaniya La Liqası, 17-ci tur

"Qetafe" - "Rayo Valyekano" - 1:2
Qollar: Vazques, 3 (1:0), Jozabed, 39 (1:1), Baena, 64 (1:2)

"Valensiya" - "Real" (Madrid) - 2:1
Qollar: Ronaldo, 14-pen. (0:1), Barraqan, 52 (1:1), Otamendi, 65 (1:2)

"Espanyol" - "Eybar" - 1:2
Qollar: Del Moral, 34 (0:1), Boveda, 37 (0:2), Kaysedo, 80 (1:2)

"Real Sosyedad" - "Barselona" - 1:0
Qol: Alba, 2-avtoqol


3 yanvar

"Atletiko" (Madrid) - "Levante" - 3:1
Qollar: Qrizman, 18, 47 (2:0), El Zhar, 62 (2:1), Qodin, 82 (3:1)

"Sevilya" - "Selta Viqo" - 1:0
Qol: Pareya, 32 (1:0)
Qırmızı vərəqə: Planas, 21 ("Selta Viqo")

"Elçe" - "Vilyareal" - 2:2
Qollar: Vietto, 12 (0:1), Uçe, 17 (0:2), Conatas, 26 (1:2), Rodriqez, 35 (2:2)

"Deportivo" - "Atletik" (Bilbao) - 1:0
Qol: Kavaleyro, 24 (1:0)

"Malaqa" - Almeriya" - 1:2
Qollar: Hemed, 39 (0:1), Samuel, 73 (1:1), Hemed, 76 (1:2)
Qırmızı vərəqə: Miçel, 90+3 ("Almeriya")


5 yanvar

"Kordoba" - "Qranada"

Xəbər 789 dəfə oxundu.