"Artıq evə dönmək vaxtı idi" - Torres
Yenidən "Atletiko" (Madrid) klubuna qayıdan Fernando Torres sabiq komandası haqda danışıb.

30 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında artıq evə dönməyin vaxtı olduğunu bildirib:

"Hər kəs üçün evə dönmək zamanı olur. Mənim də artıq evə dönmək vaxtım idi. Bu imkana sahib olduğum üçün çox xoşbəxtəm. Yenidən "Atletiko" formasını geyinmək və məşqlərə başlamaq üçün səbirsizlənirəm. Bu komandanın bir parçası olmaq çox qürurvericidir. "Atletiko"da ilk matçıma 17 yaşında çıxmaqla xəyallarımı gerçəkləşdirdim".

Qeyd edək ki, 2001-2007-ci illərdə "Atletiko"da oynayan Torres keçirdiyi 2014 matçda 82 qola imza atıb. İspaniya millisinin üzvü 1,5 il müddətində "Atletiko"da icarə əsasında çıxış edəcək.

Xəbər 834 dəfə oxundu.