AİJA 2014-cü ilin idman laureatlarını elan etdi
İdman mediası yaradıcı əməkdaşlarının peşəkar birliyi – AİJA çoxillik ənənəsinə sadiq qalaraq 2014-cü ilin idman laureatlarının adlarını açıqlayıb. AİJA prezidenti, Avropa İdman Mətbuatı İttifaqı – AİPS EUROPE/UEPS İcraiyyə Komitəsinin üzvü, əməkdar jurnalist Eldar İsmayılovun redaksiyamıza göndərdiyi rəsmi məktubda aşağıdakı şəxslərin 2014-cü ilin ən yaxşıları elan edildiyi bildirilir:

İLİN İDMAN JURNALİSTİ

İdman qəzetləri üzrə Bəxtiyar Məmmədov (“İdman”)
Futbol qəzetləri üzrə İlqar Tağıyev (“Het-trik”)
İdman jurnalları üzrə Aysel Sultanova (“Olimp sport”)
İctimai-siyasi qəzetlər üzrə Rüstəm Piriyev (“Exo”)
Televiziya Tural Xudiyev (Spase)
İnformasiya agentlikləri üzrə Elvin Mövsümov (AzərTAC)
İnternet portalları üzrə İbrahim Cəfərov (futbolxəbər.az)


İLİN FOTOREPORTYORU

Dilavər Nəcəfov “İdman” qəzeti, “Azpress.az”

İLİN QƏZETİ

İdman qəzetləri arasında “İdman”
Futbol qəzetləri arasında “Çempion”
Rəsmi qəzetlər arasında “Azərbaycan”
İctimai-siyasi qəzetlər arasında “İki sahil”
Rus dilində çıxan qəzetlər arasında “Exo”

İLİN İDMAN TELEKANALI - ANS

İLİN İDMAN RADİOSU - Azərbaycan Radiosu


İLİN İDMAN MƏTBUAT XİDMƏTİ

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti

İLİN İNTERNET PORTALI

İdman saytları arasında “Qol.az”
İnformasiya saytları arasında “Publika.az”

İLİN İDMANI ƏN YAXŞI İŞIQLANDIRAN İNFORMASİYA AGENTLİYİ

AzərTAC

İLİN İDMAN XADİMİ

Azad Rəhimov - Azərbaycan Respublikasının Gənclər və idman naziri

İLİN İDMAN TƏŞKİLATÇISI

Qabil Mehdiyev - “İdman” qəzetinin baş redaktoru, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci Konqresi təşkilat komitəsinin məsul katibi

İLİN İDMANÇISI
(qadınlar)

1.Mariya Stadnik - güləş, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı
2.Yelena Vıstropova - boks, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı
3. Marina Durunda - bədii gimnastika, Avropa çempionatının mükafatçısı

(kişilər)
1.Hacı Əliyev - güləş, dünya və Avropa çempionu
2.Orxan Səfərov - cüdo, 3 dəfə qran-pri və «Böyük dəbiilqə» turnirinin qalibi
3.Fərid Mayılov - kunq-fu, dünya və Avropa çempionu

İLİN KOMANDASI

1.“Qarabağ” FK - Avrokuboklarda uğurlu çıxış
2.Voleybol üzrə milli komanda (qadınlar) - Dünya çempionatının final mərhələsi
3.Karate üzrə milli komanda - Avropa çempionu

İLİN MƏŞQÇİSİ

1.Qurban Qurbanov - “Qarabağ” FK-nın baş məşqçisi
2.Aleksandr Çervyakov - voleybol üzrə milli komandanın (qadınlar) baş məşqçisi
3.Marina Vasilyeva - bədii gimnastika üzrə milli komandanın baş məşqçisi

İLİN İDMAN HAKİMİ

Fuad Aslanov - Boks, Yeniyetmələrin Olimpiya Oyunları-2014

İLİN İDMAN AZARKEŞİ - Zeynəb Binnətli

Xəbər 1088 dəfə oxundu.