Fernando Torres rəsmən "Atletiko"da
"Çelsi"dən Fernando Torresin transfer hüququnu alan "Milan" klubu ispaniyalı hücumçunu icarəyə verib.

30 yaşlı futbolçu yenidən sabiq komandası "Atletiko" (Madrid) klubuna qayıdıb.

Torres 1,5 il müddətində "Atletiko"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2001-2007-ci illərdə "Atletiko"da oynayan Torres keçirdiyi 2014 matçda 82 qola imza atıb.

Xəbər 889 dəfə oxundu.