Lempard Premyer Liqada 600-cü matçına çıxdı
"Mançester Siti"nin futbolçusu Frank Lempard üçün İngiltərə Premyer Liqasının 19-cu turunda "Bernli"yə qarşı oyun (2:2) əlamətdar olub.

Bu görüşlə təcrübəli yarımmüdafiəçi Premyer Liqada 600-cü matçına çıxıb.

Qeyd edək ki, F.Lempard İngiltərənin "Vest Hem", "Suonsi", "Çelsi" klublarının şərəfini qoruyub. O, hazırda "Mançester Siti"də icarə əsasında oynayır.

Xəbər 870 dəfə oxundu.