Arazın komandası penaltilərdə qalib gəldi
Həmyerlimiz Araz Abdullayev Yunanıstan kubokunda debüt edib. İdman.com.az saytının məlumatına görə, “Panionios”a icarəyə verilən 20 yaşlı yarımmüdafiəçinin ilk oyunu məşhur “Panatinaikos”a qarşı olub.

Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşmada Araz meydana start heyətində çıxıb. Amma futbolçumuz sona 2 dəqiqə qalmış yerini Fanuris Qandulakisə verib. Matçın əsas vaxtı qörüş bərabərliklə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün komandalar daha 30 dəqiqə mübarizə aparıblar. Amma burada da rəqiblər bir-birilərinin qapılarına yol tapa bilməyiblər. Penaltilərdə isə Arazın komandası daha yaxşı təsir bağışlayıb – 4:3.


Xəbər 983 dəfə oxundu.